Onlayn ictimai-siyasi qəzet
SOCAR-da yeni kadr təyinatı həyata keçirilib.
Pərvin Mirzəzadə SOCAR-ın Mexanika şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.
Pərvin Mirzəzadə SOCAR-da təxminən 10 ilə yaxındır fəaliyyət göstərir. O, əmək fəaliyyətinə 2016-cı ildə mexaniki sahə mühəndisi kimi başlayıb. Sonrakı illərdə prosesə nəzarət mühəndisi, qazlift kompressor stansiyasının rəis müavini, Texniki xidmət, etibarlılıq və mexaniki bütövlük departamentinin baş mexaniki kimi müxtəlif vəzifələrdə çalışıb.
2026-cı ilin iyun ayından etibarən isə o, SOCAR-ın Mexanika şöbəsinin müdir müavini vəzifəsini icra edir.
Qeyd edək ki, Pərvin Mirzəzadə neft-qaz sənayesində texniki xidmət, etibarlılıq və mexaniki bütövlük istiqamətində uzunmüddətli peşəkar təcrübəyə malikdir./nocomment.az/
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ