İnsanlara hürriyət, millətlərə istiqlal!

Podolyakdan sərt çağırış: Ukrayna ordusunu bütün Avropa maliyyələşdirməlidir

Ukrayna prezidentinin ofisinin müşaviri Mixail Podolyak bəyan edib ki, Ukrayna ordusunun maliyyələşdirilməsi təkcə Kiyevin deyil, bütün Avropanın məsuliyyəti olmalıdır.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, məsələ təkcə ordunun say tərkibinin – 800 min hərbçi – müəyyən edilməsi ilə məhdudlaşmır, əsas sual bu nəhəng maliyyə yükünü kimin daşıyacağıdır. Podolyak xatırladıb ki, genişmiqyaslı müharibədən əvvəl Ukrayna ordusunun sayı 250–300 min nəfər səviyyəsində idi.

“Məsələ yalnız rəqəmlərdə deyil, bu ordunu kimin maliyyələşdirəcəyindədir. Bu, çox böyük həcmdə vəsait deməkdir. Eyni zamanda pilotsuz uçuş aparatları və raket istehsalını, xüsusilə də qısa və orta mənzilli raketlərin kütləvi istehsalını inkişaf etdirmək lazımdır. Kim maliyyələşdirməlidir? Biz hesab edirik ki, bu, Şərq sərhədlərində yerləşən saxlayıcı ordu, yəni çəkindirici silahlı qüvvələrdir və bunda bütün Avropa maraqlı olmalıdır”, – deyə Podolyak vurğulayıb.

Onun fikrincə, əgər investisiyalar ümumi şəkildə həyata keçirilsə, bu zaman tamamilə yeni maliyyələşmə formatı formalaşacaq. Podolyak əlavə edib ki, bu mexanizmin dəqiq formulu Avropalı tərəfdaşlarla razılaşmalardan sonra müəyyən olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR