İnsanlara hürriyət, millətlərə istiqlal!

Polisə tabe olmadınsa... — Putindən miqrantlara daha bir zərbə

Rusiya Prezidenti Vladimir Putin əcnəbi vətəndaşların ölkədən məcburi çıxarılmasına səbəb ola biləcək inzibati hüquq pozuntularının siyahısını əhəmiyyətli dərəcədə genişləndirən qanunu imzalayıb.

Musavat.com xəbər verir ki, yeni qanuna əsasən, bir sıra inzibati hüquq pozuntularına yol verən əcnəbilər Rusiyadan məcburi çıxarıla bilərlər.

Siyahıya, xüsusilə, polis və digər güc strukturlarının qanuni tələblərinə tabe olmamaq, xırda xuliqanlıq, mitinq və nümayişlərin keçirilməsi qaydalarını pozmaq, qadağan olunmuş simvolları nümayiş etdirmək, ekstremist xarakterli hüquq pozuntuları, Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaq, fövqəladə vəziyyət rejiminin tələblərini pozmaq və digər inzibati xətalar daxil edilib.

Eyni zamanda, miqrasiya qaydalarının bir sıra pozuntularına görə nəzərdə tutulan cərimələr artırılır.

Qanun əcnəbilərin ailə vəziyyətini və ya digər humanitar halları əsas gətirərək Rusiyadan çıxarılmadan yayınmaq imkanlarını da məhdudlaşdırır.

Yeni qanun rəsmi dərc olunduğu tarixdən 90 gün sonra qüvvəyə minəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2026

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR