Onlayn ictimai-siyasi qəzet
Türkmənistanda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) sammitində Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirib.
Musavat.com xəbər verir ki, belaruslu lider Bakının 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi etməyə hazır olması barədə bəyanatını təşkilat üçün mühüm addım adlandırıb.
Aleksandr Lukaşenko çıxışında bu qərarın əhəmiyyətini xüsusi vurğulayaraq deyib: "Hörmətli İlham Heydər oğlunun 2028-ci ildə sədrliyi ilk dəfə öz üzərinə götürmək qərarı təşkilatımızın inkişafında yeni bir mərhələdir. Bu, şübhəsiz ki, tarixi bir məqamdır".
Belarus dövlət başçısı əlavə edib ki, MDB-nin potensialı hələ tüknməyib və qurum uzun illər boyunca ümumi taleyi bölüşən dövlətlərin birliyi olaraq qalacaq. Azərbaycanın bu platformada liderliyi təşkilat daxilində inteqrasiya və əməkdaşlıq proseslərinə yeni təkan verəcək.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ