Onlayn ictimai-siyasi qəzet
Bu gündən etibarən Polşa Belarusla iki sərhəd keçid məntəqəsini - Kuznitsa Belastotska (Bruzqi) və Bobronniki (Berestovitsa) açır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Polşanın baş naziri Donald Tusk bu qərarı oktyabrın sonlarında açıqlamış, ancaq Belarus-Litva sərhədindəki böhran səbəbindən qərar təxirə salınmışdı. Lakin məlum olub ki, bu, uzun müddət çəkməyib.
Belarus Xarici İşlər Nazirliyi bu qərarı alqışlayıb və iki ölkə arasında siyasi əməkdaşlığın inkişaf etdirilməsi üçün perspektivlər gördüyünü vurğulayıb.
Nazirlik qeyd edir ki, Polşa ilə Avropa İttifaqı arasındakı şərq sərhədi əvvəlkindən daha təhlükəsiz hala gədiyi üçün keçid məntəqələri indi yenidən açıla bilər. Nazirlik nümayəndələrinin sözlərinə görə, Varşavanın gördüyü tədbirlər "polyakların təhlükəsizliyini təhdid altına altına qoymadan Belarusla sərhəddən insanların və malların nəzarətli axınını yenidən təmin edəcək".
Baş nazir Donald Tusk həmçinin qeyd edib ki, Polşa vətəndaşları və müəssisələri üçün keçidlərin yenidən açılmasının faydaları əlaqəli risklərdən daha çoxdur.
Xatırladaq ki, Belarusdakı qeyri-rəsmi polyaklar icmasının fəalı, jurnalist Andjey Poçobutun məhkum edilməsindən sonra, 2023-cü ilin fevral ayında Polşa Bobrovnikidəki sərhəd-keçid məntəqəsini bağlamışdı. Kuznitsa məntəqəsinin bağlanması isə miqrasiya böhranı səbəbindən 2021-ci ilin noyabr ayında baş verib.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ