İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Abbasla GÖRÜŞDÜ: Fələstinə milyardlıq YARDIM

Kremldə Rusiya prezidenti Vladimir Putin ilə Fələstin prezidenti Mahmud Abbas arasında görüş keçirilib.

Musavat.com "Kommersant"a istinadən xəbər verir ki, Fələstin lideri dünən Moskvaya üç günlük rəsmi səfərlə gəlib.

Görüşdə Putin və Abbas ikitərəfli münasibətlərin ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə inkişafını, həmçinin Yaxın Şərqdəki vəziyyəti, xüsusilə Qəzza sektorunu müzakirə ediblər.

Dünən Vladimir Putin bildirib ki, Mahmud Abbasla danışıqların əsas mövzularından biri Qəzza üzrə “Sülh Şurası” olacaq.

Rusiya hələ təşkilata üzvlük məsələsində yekun qərar qəbul etməyib, lakin dövlət başçısı qeyd edib ki, ölkə ABŞ-da dondurulmuş aktivlərdən 1 milyard dolları həmin quruma yönəltməyə hazırdır.

"Bloomberg"in yazdığına görə, məhz bu məbləğ prezident Donald Tramp tərəfindən təşkilatda daimi üzvlük üçün nəzərdə tutulub.

"Hüquqi tərəfi necə olacaq, hələ aydın deyil, bütün bunlar müzakirə olunmalıdır. Bundan sonra bloklanmış vəsaitlərin açılması tələb olunacaq. Bu, əlbəttə ki, ABŞ tərəfindən müəyyən addımlar atılmasını zəruri edir", - Kreml sözçüsü Dmitri Peskov bildirib.

Peskov bildirib ki, bu vəsait yalnız Fələstinin bərpasına xərclənəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2026

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR