Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin İran ətrafında yaranmış vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Putin Moskvanın İranın zənginləşdirilmiş uranının saxlanması ilə bağlı əvvəlki təcrübəni yenidən tətbiq etməyə hazır olduğunu bildirib.
Rusiya liderinin sözlərinə görə, İran ətrafındakı münaqişə Moskvanı mürəkkəb vəziyyətdə qoyur. O qeyd edib ki, Rusiya həm Tehran, həm də Fars körfəzi ölkələri ilə yaxşı münasibətlərə malikdir.
Putin vurğulayıb ki, İran ətrafında vəziyyətin daha da gərginləşməsi halında bundan bütün tərəflər zərər görəcək.
Musavat.com
18 Iyun 2026
17 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ