İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin orduda kütləvi kadr dəyişiklikləri ELAN ETDİ - VİDEO

Rusiya prezidenti Vladimir Putin hərbi rəhbərlikdə arxa cəbhə təminatı, qoşun qruplaşmalarının komandanlığı və pilotsuz sistemlər qüvvələrini əhatə edən kütləvi kadr dəyişiklikləri elan edib.

Dövlət başçısının sözlərinə görə, Müdafiə Nazirliyinin bütün arxa cəbhə xidmətləri vahid rəhbərlik altında cəmləşdiriləcək. Bu vəzifəyə Valeri Solodçuk təyin edilib.

Musavat.com xəbər verir ki, qoşun qruplaşmalarının komandanlığında da dəyişikliklər edilib.

"Mərkəz" qruplaşmasına daha əvvəl "Şərq" qruplaşmasına rəhbərlik etmiş Andrey İvanayev komandanlıq edəcək. "Şərq" qruplaşmasının yeni komandanı isə Pyotr Bulqarev təyin olunub.

Bundan əlavə, Putin Denis Lyaminin Rusiya Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qoşunlarının komandanı təyin edildiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR