İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin “qırmızı xətti” AÇIQLADI – Savaş ALOVLANIR

“Əgər əvvəllər NATO ölkələri Ukraynaya dəstəyi əsasən siyasi və hərbi yardım formatında məhdudlaşdırırdısa, indi Qərbin bəzi dairələri artıq açıq şəkildə mümkün müharibə ssenarilərinə hazırlıqdan danışmağa başlayıb”. Bu fikirlər Rusiya Prezidenti Vladimir Putinin son açıqlamasında səsləndirilib və Moskva ilə Qərb arasında gərgin ritorikanın daha da kəskinləşdiyini göstərir.

Kreml sahibinin sözlərinə görə, Qərb Rusiyanı özünü müdafiə etməyə məcbur edən addımlar atır, daha sonra isə Moskvanı müxtəlif ittihamlarla hədəfə çevirir. Rusiya lideri vurğulayıb ki, ölkəsi istənilən xarici və daxili təhdidlərə dərhal və adekvat cavab verməyə hazırdır.

Ətçəkən maşın” ili : Rusiyanın 2023-cü ildə Ukraynadakı itkiləri haqqında  nə bilirik? - BBC News Azərbaycanca

Qərbin “müharibəyə hazırlıq” mesajları yeni gərginlik mərhələsinin başlanğıcı deməkdir? NATO ilə Rusiya arasında gərginlik hansı həddə qədər arta bilər? Moskvanın “dərhal cavab” xəbərdarlığı hansı proseslərin siqnalıdır?

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a bildirdi ki, Moskva ilə Qərb arasında gərginliyin pik həddə çatdığını Putinin son açıqlamaları da təsdiq edir: “Putinin bəyanatları və tərəflərin hərbi-strateji gedişləri, qlobal təhlükəsizlik sisteminin tamamilə yeni və daha təhlükəli bir mərhələyə qədəm qoyduğundan xəbər verir.

Jurnalist Səxavət Məmməd azadlığa buraxıldı | Modern.az

Münaqişənin ilkin mərhələlərində Qərb ölkələrinin əsas məqsədi "müharibənin NATO ərazisinə yayılmaması" prinsiplərinə riayət etmək idi. Görünən odur ki, bu gün Avropa paytaxtlarında tamamilə fərqli bir siyasət izləməyə başlayıblar. Artıq söhbət sadəcə Ukraynanı müdafiə etməkdən getmir. Artıq Avropanın Rusiya ilə birbaşa konvensional (ənənəvi) toqquşma riskləri masaya yatırılır. NATO ilə Rusiya arasındakı gərginliyin hansı həddə qədər arta biləcəyi sualı bu gün dünya siyasətinin ən kritik tapmacasıdır. Ekspertlər eskalasiyanın iki əsas müstəvidə inkişaf edə biləcəyini proqnozlaşdırırlar:

Birincisi hibrit müharibədir. Birbaşa hərbi toqquşmadan yayınmaq üçün tərəflər arasında gərginlik ilk növbədə "boz zonada"-kiberhücumlar, Avropa daxilində strateji infrastruktur obyektlərinə (dənizaltı rabitə kabelləri, enerji xətləri) qarşı təxribatlar və seçki proseslərinə müdaxilə formatında maksimum həddə çatacaq.
İkincisi isə nüvə silahından istifadədir. Rusiya tərəfi rəsmi şəkildə bəyan edir ki, NATO-nun birbaşa münaqişəyə cəlb olunması qaçılmaz olaraq qlobal nüvə katastrofuna yol açacaq. Moskva öz nüvə doktrinasına yenidən baxmaqla və müvafiq təlimlər keçirməklə Qərbə birmənalı şəkildə bəyan edir ki, asimmetrik təhdid qarşısında strateji silahlardan istifadə variantı masadadır.

Rusiya liderinin "ölkəsinin istənilən xarici və daxili təhdidlərə dərhal və adekvat cavab verməyə hazır olması" barədə xəbərdarlığı sadəcə ritorik müdafiə bəyanatı deyil, qabaqlayıcı qorxutma taktikasıdır. Bu xəbərdarlıq, Kremlin "qırmızı xətləri" yenidən cızdığını göstərir. Moskva eyham vurur ki, Qərb silahlarının Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək üçün istifadə edilməsi və ya Ukraynaya rəsmi hərbi missiyaların göndərilməsi reallaşarsa, cavab zərbələri təkcə Ukrayna hüdudları ilə məhdudlaşmaya bilər.
Digər tərəfdən, bu mesaj ATƏT və ya Helsinki Yekun Aktı kimi köhnə Avropa təhlükəsizlik arxitekturasının tamamilə məhv olduğunun etirafıdır. Rusiya Qərbin ultimatumlarını qəbul etməyəcəyini və yeni dünya nizamının məhz güc balansı və yeni regional reallıqlar əsasında qurulmalı olduğunu diqtə etməyə çalışır. Bundan əlavə, Putinin mesajından onu da anlamaq mümkündür ki, daxildə də təhdidlər mövcuddur”.

Hərbi ekspertin sözlərinə görə, ritorikanın bu dərəcədə kəskinləşməsi tərəflərin hər ikisinin geri addım atmaq niyyətində olmadığını nümayiş etdirir: “Qərb, Rusiyanın iqtisadi və hərbi resurslarının uzunmüddətli müharibədə tükənəcəyinə ümid edərək təzyiqi maksimuma çatdırır. Moskva isə hərbi potensialını tam səfərbər etdiyini və ən radikal addımlara belə hazır olduğunu göstərir. Nəticə etibarilə, Ukrayna münaqişəsi regional çərçivədən tamamilə çıxaraq, qlobal bir Rusiya-NATO qarşıdurmasına çevrilmək riski ilə qarşı-qarşıyadır. Hesab edirəm ki, Rusiya Ukrayna cəbhəsində qalib gələrsə, üzünü Avropaya tutacaq. Yox, əgər istədiyini ala bilməyəcəksə, Rusiyanın hədəfi Orta Asiya ölkələri və Cənubi Qafqaz olacaq”.


Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR