Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Samara vilayətində yerləşən və "Roskosmos"un tərkibinə daxil olan əsas strateji müəssisələrdən birinin vurulduğunu təsdiqləyib.
Musavat.com xəbər verir ki, Ukrayna lideri öz "Telegram" kanalında paylaşım edərək uzaqməsafəli zərbələrin mühüm nəticələr verdiyini bildirib. Zelenskinin sözlərinə görə, sərhəddən təxminən 900 kilometr məsafədə yerləşən və xüsusilə elektronika istehsalı ilə məşğul olan "Proqress" mərkəzi Ukraynanın "Flaminqo" raketləri ilə uğurla hədəfə alınıb.
Bununla yanaşı, Ukrayna prezidenti digər uzaqməsafəli zərbələrin də uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Sərhəddən 700 kilometr məsafədə yerləşən və Ukrayna şəhərlərini bombalayan Rusiya raketdaşıyıcılarının bazalaşdığı "Savasleyka" hərbi aerodromu, həmçinin 800 kilometrdən çox məsafədəki Ust-Luqa yaşayış məntəqəsində yerləşən neft emalı obyekti də ciddi xəsarət alıb.
Musavat.com
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ