İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüvə zərbəsi istəyən deputatın gizli ailəsi və milyonluq əmlakı üzə çıxdı

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini, “Rodina” Partiyasının sədri Aleksey Juravlyov rəsmi bəyannaməsinə görə nə mənzilə, nə də avtomobilə sahibdir. Lakin araşdırmaçılar deputatın yaxın çevrəsinin adına rəsmiləşdirilmiş milyonlarla rublluq daşınmaz əmlak və bahalı avtomobillər aşkarladıqlarını bildirirlər.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Korrupsiya ilə Mübarizə Fondunun (FBK) araşdırmasına görə, Böyük Britaniyaya nüvə zərbəsi endirməyə və Vaşinqtonu bombalamağa çağırışları ilə tanınan Juravlyovun ictimaiyyətə açıqlanmayan ikinci ailəsi var.
Araşdırmaçılar 46 yaşlı Yevgeniya Şaimovanı deputatın iki övladının anası kimi təqdim edirlər. Bildirilir ki, həmin uşaqlar Juravlyovun rəsmi bioqrafiyasında göstərilməyib. Şaimovanın adına Rublyovka yaxınlığındakı elit qəsəbədə ümumi dəyəri təxminən 90 milyon rubl olan iki mənzil, Yalta yaxınlığındakı Livadiyada 35 milyon rublluq ev və “Mercedes-Benz E-Klasse” avtomobili rəsmiləşdirilib. Şaimovanın anasının adına isə Gelencikdə təxminən 20 milyon rubl dəyərində mənzil olduğu bildirilir.
Araşdırmada Juravlyovun köməkçisi Tatyana Kaleginanın əmlakına da diqqət çəkilir. Təxminən 120 min rubl aylıq rəsmi maaşı olduğu bildirilən Kaleginanın Krasnoqorskda 153 kvadratmetrlik mənzilə, “Porsche Macan”a və yolsuzluq avtomobilinə sahib olduğu qeyd edilir.
FBK-nın məlumatına görə, Juravlyov tibbi sənədlərində Kaleginanın ünvanını faktiki yaşayış yeri kimi göstərib və onun “Porsche” avtomobilinin sığorta sənədinə sürücü kimi daxil edilib. Araşdırmaçılar Kaleginanın anası və qardaşının adına da bahalı daşınmaz əmlakların rəsmiləşdirildiyini bildirirlər.
Qeyd edək ki, Juravlyov 2025-ci ildə Rusiya Ali Məhkəməsinə müraciət etmiş və onun iddiası “Yabloko” Partiyasının Dövlət Dumasına seçkilərdən kənarlaşdırılmasına səbəb olan prosesin başlanğıcı olmuşdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR