İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə görə başqırdları GÖZLƏYƏN TƏHLÜKƏ - Şok rəqəmlər AÇIQLANDI

Başqırdıstanda doğum nisbəti son iki ildə 22% azalıb. Demoqrafik azalma müharibə və cəmiyyətdəki ümumi stress səviyyəsi ilə əlaqələndirilir.

Musavat.com xəbər verir ki, bu barədə "Başqırdıstanın səsi" Telegram kanalı məlumat yayıb.

Nəşr yazır ki, rəsmi qurumlar konkret sosial-iqtisadi səbəbləri açıqlamasa da, müəlliflər əsas amil kimi regionun Ukraynaya qarşı müharibədə iştirakını və bunun doğurduğu fəsadları göstərirlər.

"Rus işğalçısı bizi daha bir mənasız müharibəyə sövq edib, özünü hər tərəfdən düşmənlər və sanksiyalarla əhatə edib", - deyə paylaşımda bildirilir.

Eyni zamanda mədəni və tarixi baxımdan Başqırdıstana yaxın olan qonşu Qazaxıstanda doğum nisbətinin əhəmiyyətli dərəcədə yüksək olduğu vurğulanır.

Kanalın məlumatına görə, ən yüksək doğum nisbətləri respublikanın əsasən Başqırd rayonları olan Burzyanski, Baymakski və Abzelilovski rayonlarında qeydə alınıb. Bununla yanaşı, müharibədə başqırdlar arasında itkilərin də yüksək olduğu bildirilir.

Yazının müəllifləri mövcud böhrandan çıxış yolu kimi fəal və müstəqil demoqrafik siyasətin həyata keçirilməsinin vacibliyini qeyd edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR