İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə TƏZYİQ artır – Uzağı, 40 GÜNƏ...

Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlandı. Möcüzə-zad olmadı. Hakim “Vahid Rusiya” partiyası bu dəfə 57%-lik səslə yenidən parlamentin aşağı palatasında yerlərin əksəriyyətini əldə edib.

Hərçənd, seçki kampaniyasını azad və ədalət saymaq mümkünsüzdür. Azı, iki səbəbdən: 1. Aparıcı KİV-lərin və TV-lərin hələ də rəsmi Kremlin nəzarətində olması; 2. “Yabloko” partiyası başda olmaqla, müharibə əleyhdarı qüvvələrin heç birinin seçkilərə buraxılmaması...

Sözsüz, Rusiyanın daxili və xarici siyasətini nə parlament müəyyən edir, nə də hökumət. Heç hakim partiya da həlledici rolda deyil. Kim müəyyən edir – məlum: prezident Vladimir Putin. Bu və digər səbəbdən son seçkilərin nəticələri Kreml sahibi üçün, əslində, daha çox siyasi-təbliğati və psixoloji anlamdadır. Nədən söhbət gedir?

İstisna deyil ki, ölkə rəhbərliyi bu nəticələri Ukraynaya qarşı işğalçı müharibəyə davam və səfərbərliyə “hə” siqnalı, yaxud “dobrosu” kimi qəbul edəcək. Hərgah, rəsmi Moskva bunu israrla təkzib edir və bu qəbildən xəbərləri təxribat adlandırır.

Ancaq hansı hakimiyyət səfərbərliyə getməyi xoşlayır ki? Üstəlik, bu addım hər şeydən öncə cəbhədə vəziyyətin Rusiyanın xeyrinə olmadığı qənaətini möhkəmlədəcək. Cəmiyyətdə əlavə panik ovqat yaratmaqla ölkədən köçü, o sırada kapital və “beyin” axınını sürətləndirəcək.

Ötə yandan, Rusiya vaxtilə Ukraynaya hücum etməyəcini də bəyan edirdi və hətta Budapeşt Memorandumu ilə (1994) onun ərazi bütövlüyünə yazılı zəmanət vermişdi. Müharibə isə 5 ildir gedir və axırı hələ ki, görünmür. Çünki Moskva özünün maksimalist tələblərində qalır...

Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır - AZƏRTAC

Bu xüsusda Kremlə yaxın avrasiyaçı-filosof Aleksandr Duqin sensasion sayılacaq fikir söyləyib. Deyib ki, Rusiya elitası Putinə təzyiq göstərir və onu müharibəyə son qoymağa çağırır. Sitat: “Liderimiz və bütün millət qələbəyə qədər müharibə aparmağa hazırdır. Elita isə onun üzərində qaranlıq bir kütlə kimi dayanır və “dayandırın” deyir. Amma bu mümkünsüz. Qələbədən savayı yol yox”.

Duqinə görə, Putin “düzgün əmrlər verir, lakin gözlənilən nəticə alınmır”. Odur ki, o, səbəbləri araşdırmağa və islahatlara çağırıb.

Hansı islahatlar? Müharibə iqtisadiyyatı ölkəni uçuruma doğru dartdığı dönəmdə məgər kütləvi səfərlikdən başqa yol qalıb? Təbii ki, sülh danışıqları xaric. Ona isə Moskva getmir...

Bu arada prezident Vladimir Zelenski Rusiyanı hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün daha 40 gün lazım olduğunu söyləyib. “Rusiyanı darmadağın etmək üçün bizə hələ 40 gün lazımdır”, - Ukrayna lideri bəyan edib.

Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski

Paralel surətdə Ukrayna ordusu Donetskdə, digər yerlərdə yavaş-yavaş kəndləri geri almaqdadır. Rusiyada, onun dərinliklərində isə Moskva daxil, Ukraynanın hava zərbələrindən qoruna biləcək təhlükəsiz ərazi faktiki qalmayıb. Üstəgəl, rus generallar bir-bir sıradan çıxarılır.

Yaranmış durum şəkk-şübhəsiz, Rusiya rəhbərini qeyri-ordinar qərar(lar) vermək zorunda qoyur. Hansı qərar(lar)?

Yəqin ki, çox tezliklə biləcəyik. Artıq formal seçkilər də arxada qalıb...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR