İnsanlara hürriyət, millətlərə istiqlal!

Putini “qovmaq” üçün Moskvaya yürüyən türklə bağlı yeni qərar-Foto

Rusiyada prezident Vladimir Putini “demon” adlandıraraq onu Kremldən “qovmaq” üçün Moskvaya piyada yürüşə çıxan yakut (saxa) şaman Aleksandr Qabışevlə bağlı yeni məhkəmə qərarı verilib.

Musavat.com xəbər verir ki, Saxa (Yakutiya) Ali Məhkəməsi Qabışevin məcburi psixiatrik müalicəsinin uzadılması barədə qərardan verilmiş şikayəti təmin etməyib. Bununla da onun ən azı 18 dekabr 2026-cı ilədək psixiatriya müəssisəsində qalması barədə qərar qüvvədə saxlanılıb. Məhkəmə müdafiə tərəfinin Moskvadakı Serbski adına mərkəzdə yeni müstəqil psixoloji-psixiatrik ekspertiza keçirilməsi tələbini də rədd edib.

Qabışev Rusiyanın Saxa (Yakutiya) Respublikasındandır. Saxalar, yaxud yakutlar türk xalqlarından biridir, saxa dili də türk dillərinə daxildir. 

e7227b3f-c3f1-4e39-8a4b-e454bdcc3a47.jpg (84 KB)

Aleksandr Qabışev 2019-cu ildə Yakutiyadan Moskvaya doğru piyada yürüşə başlaması ilə Rusiyada geniş tanınıb. Şaman Putini “demon” adlandırır və paytaxta çataraq onu Kremldən “qovacağını” bildirirdi. Lakin yürüş zamanı saxlanılıb və Yakutiyaya qaytarılıb. Daha sonra onun barəsində ekstremist fəaliyyətə çağırış ittihamı irəli sürülüb.

2021-ci ildə Qabışev yenidən saxlanılıb. Həmin vaxt istintaq onun hüquq-mühafizə əməkdaşına müqavimət göstərdiyini bildirmişdi. Sonradan məhkəmə onu məcburi psixiatrik müalicəyə göndərib. O vaxtdan Qabışev müxtəlif psixiatriya müəssisələrində saxlanılıb.

Müdafiə tərəfi isə Qabışevin azadlığı uğrunda mübarizəni davam etdirəcəyini bildirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR