İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray" mərkəz müdafiəçisini heyətinə qatır

“Qalatasaray” növbəti transferini reallaşdırmağa hazırlaşır.

İstanbul təmsilçisi İtaliyanın “Bolonya” klubunda çıxış edən kolumbiyalı mərkəz müdafiəçisi Con Lukumi ilə danışıqlarda ciddi irəliləyiş əldə edib.

Tərəflər arasında razılaşmanın böyük hissəsi yerinə yetirilib.

Bildirilir ki, “sarı qırmızılar”ın rəhbərliyi transferi qısa müddətdə yekunlaşdırmaq istəyir. 27 yaşlı futbolçu son mövsümlərdə həm “Bolonya”nın, həm də Kolumbiya millisinin əsas oyunçularından biri kimi çıxış edib.

Qeyd edək ki, 2025/26 mövsümü ərzində oyunçu İtaliya klubunun heyətində 43 matça çıxıb. O, 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. (fanat.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2026

27 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR