Onlayn ictimai-siyasi qəzet
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf sabah İraqa ikigünlük səfər edəcək.
Musavat.com "Iran International" portalına istinadən xəbər verir ki, bu barədə İranın İraqdakı səfiri Məhəmməd Kazım Əli Sadiq məlumat verib.
Səfirin sözlərinə görə, Qalibaf İraqda ölkə prezidenti Nizar Amidi, baş nazir Əli əz-Zeydi, eləcə də parlament spikeri və Ali Məhkəmə Şurasının rəhbəri də daxil olmaqla yüksəksəviyyəli rəsmilərlə görüşlər keçirəcək.
Səfər çərçivəsində Qalibaf iki tərəfli münasibətlərin inkişafı, sərhəd təhlükəsizliyi, terrorizmlə mübarizə, iqtisadi əməkdaşlığın genişləndirilməsi və birgə sazişlərin icrası məsələlərini müzakirə etməyi planlaşdırır.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ