Onlayn ictimai-siyasi qəzet
Vladivostokda yeniyetmə müntəzəm cola içkisinin qəbulundan sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Musavat.com xəbər verir ki, həkimlərin məlumatına görə, onda eroziyalı qastrit kəskinləşib və bu, qanlı qusma ilə müşayiət olunub. Vəziyyət son dərəcə ağır olub və tibbi müdaxilə geciksəydi, nəticə faciəvi ola bilərdi.
Mütəxəssislər bildirirlər ki, problem bir dəfəlik qəbulda deyil, uzun müddət və böyük həcmdə içilməsindədir. Qazlı içkilərin tərkibində qida sənayesində icazə verilən miqdarda olan ortofosfor turşusu var. Lakin həddindən artıq istifadə zamanı bu maddə mədə selikli qişasını qıcıqlandıra, iltihabi prosesi gücləndirə və hətta qanaxmaya səbəb ola bilər.
Həkimlər xüsusilə yeniyetmələr və mədə problemlərindən əziyyət çəkən şəxslər üçün riskin daha yüksək olduğunu vurğulayırlar. Mədə ağrısı, ürəkbulanma və ya qanlı qusma kimi simptomlar yarandıqda dərhal həkimə müraciət etmək tövsiyə olunur.
Mütəxəssislərin sözlərinə görə, “təhlükə bir qurtumda deyil, davamlı vərdişdədir”.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ