Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Türkiyənin Ermənistanla sərhəddə yerləşən Əlican buraxılış-keçid məntəqəsini (erməni tərəfdən Marqara) bərpa etdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Rubinyanın sözlərinə görə, hazırda prosesin növbəti mərhələləri ilə bağlı detallı danışmaq tezdir. O bildirib ki, əlavə məlumatlar “müvafiq vaxtda” ictimaiyyətə təqdim olunacaq.
Vitse-spiker qeyd edib ki, 2026-cı ilin əvvəlində Ermənistan–Türkiyə sərhədinin açılması ilə bağlı simvolik addımların atılması gözlənilir, lakin tam açılış dərhal baş verməyəcək və proses mərhələli şəkildə həyata keçiriləcək.
“Biz dərhal tam açılış gözləməməliyik. Prosesə zərər verməmək üçün ehtiyatlı və ölçülü addımlar atmaq vacibdir”, — deyə Rubinyan vurğulayıb.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ