Onlayn ictimai-siyasi qəzet
Dünyada ən çox yayılan xəstəliklərdən biri olan qaraciyərin piylənməsinin vaxtında qarşısı alınmadıqda, sirroz və hətta xərçəng kimi ölümcül fəsadlara yol açır. Məşhur həkim-reabilitoloq Serqey Aqapkin və diyetoloq Oleq Krivçenkov bu təhlükədən sığortalanmağın sadə üsulunu açıqlayıblar.
Mütəxəssislər qaraciyəri qorumaq üçün rasiona kasnı (hindiba) bitkisindən hazırlanan içkini daxil etməyi məsləhət bilirlər.
Həkim S. Aqapkin bildirib ki, yağlı hepatoz əsasən yüksək kalorili qidalar qəbul edən insanlarda yaranır. Müalicə olunmadıqda isə bu vəziyyət qaraciyərin funksiyasının tamamilə itirilməsi ilə nəticələnir.
Diyetoloq O. Krivçenkovun sözlərinə görə, kasnı bitkisinin tərkibindəki inulin maddəsi qaraciyərdəki iltihabı azaldır və həzm prosesini yaxşılaşdırır. Bundan əlavə, bu möcüzəvi içki qandakı şəkərin səviyyəsini tənzimləyir və "pis" xolesterini aşağı salaraq damarları da qoruyur. (Publika.az)
24 Avqust 2026
04:30 Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ