Onlayn ictimai-siyasi qəzet
Özbəkistan öz Hərbi Hava Qüvvələrinin modernləşdirilməsinə start verərək Çindən 24 ədəd "J-10CE" çoxməqsədli qırıcı təyyarəsi alıb.
Musavat.com xəbər verir ki, bu barədə "Defence Security Asia" nəşri məlumat yayıb.
Saziş tam reallaşacağı təqdirdə, Çinin Mərkəzi Asiyadakı hərbi-sənaye təsirini gücləndirəcək və Rusiyanın regiona döyüş aviasiyası tədarükündəki ənənəvi monopoliyasını zəiflədəcək.
Nəşrin qeydinə görə, buna baxmayaraq, Daşkənd özünün çoxvektorlu xarici siyasətinə sadiq qalaraq təhlükəsizlik sahəsində Moskva ilə əməkdaşlığı davam etdirir.
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ