İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan hökuməti LUKOIL aktivlərinin alınması ilə bağlı danışıqları təkzib etdi

Qazaxıstan hökuməti Rusiyanın LUKOIL şirkətinə məxsus aktivlərin alınması istiqamətində danışıqlar aparmır.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin energetika naziri Erlan Akkenjenov açıqlama verib.

Nazirin sözlərinə görə, belə alışlarla bağlı danışıqlar yalnız kommersiya fəaliyyəti göstərən şirkətlər tərəfindən həyata keçirilə bilər və hökumət bu prosesdə iştirak etmir.

Akkenjenov həmçinin bildirib ki, Rusiyanın LUKOIL şirkətinin iştirakı ilə reallaşdırılan Qazaxıstanın iri energetika layihələri ABŞ sanksiyalarından istisna edilib. Onun sözlərinə görə, bu layihələrin fəaliyyətinə hər hansı təhlükə yoxdur və işlər stabil şəkildə davam edir.

Açıqlama son günlərdə regionda Rusiya enerji aktivlərinin mümkün satışına dair yayılan məlumatlar fonunda verilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR