İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda Ceki Çanın rol aldığı film çəkilir – Növbəti dayanacaq Azərbaycan olacaq

Qazaxıstanın Manqistau kəndində məşhur aktyor Ceki Çanın rol aldığı filmin çəkilişləri davam edir.

Musavat.com xəbər verir ki, "Tanrının zirehi 4: Ultimatum" filminin əsas çəkiliş məkanlarından biri füsunkar təbiəti ilə tanınan Bozjıra dərəsi olub.

35 nəfərdən ibarət yaradıcı heyət iyunun 7-dən 12-nə dək sözügedən ərazidə gərgin iş rejmində çalışıb.

Ekran əsərinin çəkilişlərinin bu ilin sonunadək yekunlaşdırılması, filmin isə 2027-ci ilin fevralında nümayişi planlaşdırılır.

Xatırladaq ki, Ceki Çanın iştirakı ilə lentə alınan "Tanrının zirehi 4: Ultimatum" filminin müəyyən bir hissəsinin çəkilişləri Azərbaycanda da baş tutacaq. Ölkəmizdəki çəkiliş prosesinə cari ilin iyul ayında start veriləcəyi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR