İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı İqlim Fəaliyyəti Həftəsinə start verildi-FOTOLAR

Bakıda Bakı İqlim Fəaliyyəti Həftəsinə (Baku Climate Action Week-BCAW2026) start verilib.

Musavat.com xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən tədbirin açılış mərasimində dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, millət vəkilləri və başqaları iştirak edirlər.

Açılış mərasimini giriş sözü ilə açan Milli Məclisin deputatı, COP29 Təşkilat Komitəsinin üzvü, BCAW layihə rəhbəri Nigar Arpadarai bildirib ki, növbəti 5 gün ərzində mühüm müzakilərə aparılacaq:

"Şəhərlərimizin gələcəyi ilə bir çox istiqamətdə müzakirələr təşkil olunacaq. Budəfəki iqlim danışıqlarını tarixi edən odur ki, ilk dəfə BMT mandatlı tədbirlərlə paralel keçiriləcək. Biz yaşıl enerji keçidini necə sürətləndirə biləcəyimizi, innovasiyaların və regional əməkdaşlığın bu prosesdə rolunu müzakirə edəcəyik. Ən əsası isə biz yalnız öhdəliklərə deyil, onların həyata keçirilməsinə diqqət yetirəcəyik.

Biz davamlılıq məsələsini hətta incəsənət və idman kimi sahələrə də gətirəcəyik. Çünki iqlim fəaliyyəti yalnız bir sahəyə və ya bir sektora aid deyil-iqlim fəaliyyəti hamımıza aiddir".

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR