Onlayn ictimai-siyasi qəzet
Türkiyə A Milli Qadın Voleybol Komandası 2026 CEV Trendyol Qadınlar Avropa Voleybol Çempionatının finalında İtaliyanı 3:2 hesabı ilə məğlub edərək Avropa çempionu olub.
Musavat.com xəbər verir ki, 2023-cü ildə tarixində ilk dəfə Avropa çempionu olan “Filenin Sultanları” 2026-cı ildə də qitənin zirvəsinə yüksəlib. Türkiyə millisi bununla Avropa çempionatında ikinci qızıl medalını qazanıb və çempionluq titulunu qoruyub.
Sinan Erdem İdman Salonunda keçirilən final qarşılaşması 122 dəqiqə davam edib. Gərgin mübarizə şəraitində keçən oyunda İtaliya ilk seti 25:16 hesabı ilə qazanıb.
Türkiyə millisi ikinci setdə 25:22 hesabı ilə qalib gələrək oyunda tarazlıq yaradıb. Üçüncü setdə İtaliya yenidən üstünlük əldə edib və 25:12 hesabı ilə qalib gəlib.
Dördüncü setdə “Filenin Sultanları” 25:21 hesabı ilə qələbə qazanaraq qarşılaşmanı həlledici beşinci setə daşıyıb. Final setində isə Türkiyə millisi rəqibinə 15:10 hesabı ilə qalib gələrək Avropa çempionluğunu rəsmiləşdirib.
İtaliya – Türkiyə: 2-3
Setlər: 25-16, 22-25, 25-12, 21-25, 10-15
Müddət: 122 dəqiqə
Türkiyə: Eda, Elif, İlkin, Zehra, Vargas, Hande, Gizem (L), Saliha, Derya, Cansu, Eylül, Yaprak.
İtaliya: Orro, Antropova, Danesi, Egonu, Sylla, Fahr, Fersino (L), Spirito, Cambi, Adigwe, Giovannini.
Final qarşılaşmasını Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ, İstanbul valisi Davut Gül və digər yüksək vəzifəli şəxslər tribunadan izləyiblər.
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ