İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbələdə ağır qəza - ölən şəxsin kimliyi müəyyənləşdirilir

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Nic qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, idarəetmədən çıxan "Nissan Navara" markalı avtomobil yol kənarına aşıb. Nəticədə bir nəfər ölüb, 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (Mənbə: Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR