İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbdə “Kallas yorğunluğu”: Vaşinqton və Brüssel onun siyasətindən narazıdır

ABŞ və Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri Estoniyanın baş naziri Kaya Kallasın siyasətindən ciddi narazılıqlarını bildiriblər.

Musavat.com xəbər verir ki, "The Time" nəşrinin məlumatına görə, rəsmi şəxslər Kallasın sərt, idealist və real vəziyyətdən uzaq addımlarının Avropaya faydadan çox ziyan gətirdiyini düşünürlər.

Mənbələrin bildirdiyinə görə, Kallasın sərt tonlu çıxışları və aqressiv xarici siyasət xətti Avropanın beynəlxalq arenada ciddiyə alınmamasına səbəb olur. Son günlər isə həm Vaşinqton, həm də Brüsseldən Kallasa yönələn təzyiq xeyli artıb.

Qərb rəsmiləri hesab edirlər ki, Avropa “idealist şüarlar”la deyil, real siyasətə geri dönməlidir. Əks halda, blok qlobal güc mərkəzləri qarşısında daha da zəifləyəcək.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR