Onlayn ictimai-siyasi qəzet
Rusiya BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə öz qətnamə layihəsini təqdim edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.
Agentliyin məlumatına görə, Moskvanın təqdim etdiyi sənəddə BMT Baş katibindən Qəzzada yerləşdiriləcək qüvvələr üçün alternativ variantlar hazırlayıb Şuraya təqdim etməsi xahiş olunur. Lakin layihədə ABŞ-ın irəli sürdüyü “Sülh Şurası” adlı keçid administrasiyası barədə heç bir qeyd yoxdur.
Rusiya missiyası bəyan edib ki, təqdim olunan sənəd “ABŞ layihəsindən ilhamlanmış qarşı təklifdir”. Bununla belə, Moskva öz qətnaməsinin daha balanslı və geniş əhatəli olduğunu vurğulayır.
Missiyanın açıqlamasında qeyd olunur:
“Layihəmizin məqsədi Təhlükəsizlik Şurasına döyüşlərin dayandırılması üçün davamlı, qəbul edilə bilən və vahid yanaşma formalaşdırmaq imkanı yaratmaqdır".
Hazırda Şura üzvlərinin hər iki layihə — ABŞ və Rusiya təklifləri — üzərində danışıqları davam etdirdiyi bildirilir. Qəzza üzrə vahid mövqenin formalaşdırılmasının çətin olması səbəbindən prosesin uzana biləcəyi ehtimal edilir.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ