Onlayn ictimai-siyasi qəzet
İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Qəzza zolağında keçirilən hava əməliyyatı nəticəsində HƏMAS-ın keçmiş lideri Yəhya Sinvarın şəxsi mühafizəçisinin və daha bir yüksəkrütbəli döyüşçünün ləğv edildiyini bəyan edib.
Musavat.com xəbər verir ki, hərbi mənbələrin verdiyi məlumata görə, zərərsizləşdirilən şəxslər 2023-cü il 7 oktyabr hücumunda və Reim düşərgəsinə basqında birbaşa iştirak ediblər.
ÇAXAL-ın açıqlamasında bildirilir ki, Qəzza zolağının cənubundakı Xən Yunis şəhəri yaxınlığında endirilən zərbə nəticəsində HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı qüvvələrinin döyüşçüsü Hazem Musa məhv edilib. Həmin ərazidə həyata keçirilən başqa bir nöqtə zərbəsi ilə isə Razek Sahil Suleyman Abu Şahma zərərsizləşdirilib.
İsrail tərəfi vurğulayır ki, Abu Şahma Reim düşərgəsinə hücumda iştirak etməklə yanaşı, sonradan HƏMAS lideri Yəhya Sinvarın şəxsi mühafizəçisi funksiyasını yerinə yetirib.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ