Onlayn ictimai-siyasi qəzet
İsrail ordusu 2024-cü ilin yanvarında 6 yaşlı fələstinli qız Hind Racabın və 2025-ci ilin martında 15 fövqəladə və humanitar xidmət əməkdaşının həlak olması ilə bağlı daxili cinayət təhqiqatına başladığını elan edib.
Musavat.com xəbər verir ki, bu qərar İsrailin faktların müəyyən edilməsi və şəraitin qiymətləndirilməsi mexanizminin yekunlarına əsasən qəbul edilib.
Hərbçilər həmçinin daha üç insidentə, o cümlədən 2024-cü ilin aprelində "World Central Kitchen" təşkilatının 7 əməkdaşının ölümünə baxıblar. Sonuncu epizod üzrə İsrail ordusu bəyan edib ki, cinayət işinin açılması üçün əsas ola biləcək "əsaslı cinayət şübhələri" aşkar edilməyib. Ordu nümayəndələri təhqiqatların bir neçə cəbhədə gedən döyüş əməliyyatları və "son dərəcə mürəkkəb əməliyyat şəraiti" fonunda aparıldığını bildiriblər.
Musavat.com
27 Avqust 2026
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ