İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanın ilk peyki kosmosa buraxılıb

ABŞ-da Qırğızıstanın ilk milli peyki kosmosa göndərilib.

Musavat.com Qırğızıstan rəsmi mətbuatına istinadən xəbər verir ki, raketin buraxılış mərasimində ABŞ-da işgüzar səfərdə olan ölkə prezidenti Sadır Japarov da iştirak edib.
Peyk buraxılışı Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri Bazasından SpaceX Falcon 9 raketi vasitəsilə həyata keçirilib.

Peykin buraxılışı Qırğızıstan və BƏƏ arasında birgə əməkdaşlıq şəraitində həyata keçirilib. Peyk Bişkekdə yerləşən idarəetmə mərkəzindən idarə olunacaq.

Əldə edilən məlumatlar kənd təsərrüfatı torpaqlarının, buzlaqların, su hövzələrinin, meşələrin və otlaqların monitorinqini aparmağa, eləcə də təbii ekosistemlərdəki dəyişiklikləri izləməyə imkan verəcək. Peyk məlumatları qanunsuz mədən işlərini, icazəsiz zibilxanaları və digər çirklənmə mənbələrini müəyyən etmək, eləcə də logistika marşrutlarını optimallaşdırmaq üçün istifadə ediləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR