İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşu kəndlərin güləşçiləri bir-birini yumruqladı, güllə atdı - BU VİDEO DÜNYAYA YAYILDI

Musavat.com xəbər verir ki, Rusiyanın İnquşetiya Respublikasında iki qonşu kənd arasında baş verən münaqişə silahlı qarşıdurmaya çevrilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, hadisə gecə saatlarında qeydə alınıb. Kadrlarda bir neçə nəfərin avtomobillərlə əraziyə gəldiyi, tərəflər arasında mübahisənin qısa müddətdə şiddətli toqquşmaya keçdiyi görünür.

İlkin məlumatlara görə, insidentdə bölgədə tanınan güləşçilər, o cümlədən Avropa və Olimpiya səviyyəsində çıxış etmiş idmançıların da iştirak etdiyi bildirilir. Qarşıdurma zamanı tərəflərin silahdan istifadə etdiyi qeyd olunur.

Buna baxmayaraq, hadisə ağır nəticələrlə yekunlaşmayıb. Məlumatlara əsasən, qarşıdurma nəticəsində yalnız bir nəfər yüngül xəsarət alıb.

Hadisənin səbəbləri ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Bildirilir ki, münaqişə iki kənd arasında əvvəldən mövcud olan gərginliyin davamıdır.

Hüquq-mühafizə orqanlarının araşdırma apardığı bildirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR