Onlayn ictimai-siyasi qəzet
Quba rayonunda qısa geyim tərzi ilə diqqət çəkən qadın yerli sakinlər arasında müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, hadisə rayonun bazar ərazisində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, istirahət məqsədilə rayona gələn bir qadın bazara gedərkən seçdiyi qısa geyim tərzi ilə ətrafdakı insanların diqqətini cəlb edib.
Bildirildiyinə görə, bazarda çalışan bəzi satıcılar qadına geyiminin olduqca açıq olduğunu və belə bir məkan üçün uyğun sayılmadığını deyiblər. Bu iraddan sonra tərəflər arasında söz mübahisəsi yaranıb. Nəticədə yaranan gərginlik səbəbindən qadın bazar ərazisini tərk etmək məcburiyyətində qalıb.
Hadisə sosial şəbəkələrdə də müxtəlif reaksiyalarla qarşılanıb.
Şahanə Rəhimli
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ