Onlayn ictimai-siyasi qəzet
Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətində qubernatorun iqamətgahı hücuma məruz qalıb.
Musavat.com xəbər verir ki, naməlum silahlı qruplaşma əyalət başçısının iqamətgahının nəzarət-buraxılış məntəqəsini raketlə vurub.
Müasir Əfqanıstanın Öyrənilməsi Mərkəzinin eksperti Serenkonun yerli mənbələrə istinadən verdiyi məlumata görə, raket zərbələrindən sonra hücum edənlərlə "Taliban" qüvvələri arasında şiddətli atışma başlayıb.
Hazırkı saatda insidentin fəsadları və itkilər barədə rəsmi məlumat yoxdur.
Musavat.com
14 Avqust 2026
13 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ