Onlayn ictimai-siyasi qəzet
Radikal solçular noyabr ayında keçiriləcək aralıq konqres seçkilərində qalib gələrsə, ABŞ məğlub olacaq.
Musavat.com xəbər verir ki, bunu milyarder İlon Mask Respublikaçıların seçki kampaniyasını maliyyələşdirməsi barədə suallara cavab olaraq X hesabında yazıb: “Radikal solçular qalib gələrsə, Amerika məğlub olacaq. Onlar qanunsuz immiqrasiya və saxtakarlığa qapı açacaqlar. Artıq Amerika olmayacaq".
Dekabrın ortalarında Axios mənbələrə istinadən yayıb ki, Mask 2026-cı il Nümayəndələr Palatasının və Senatın ara seçkilərindən əvvəl Respublikaçılar Partiyasının seçki kampaniyalarını maliyyələşdirməyə başlayıb. Nəşr qeyd edib ki, bu, ötən yay baş verən münaqişədən sonra iş adamının ABŞ prezidenti Donald Trampla münasibətlərinin istiləşməsini göstərir.
Qeyd edək ki, ABŞ Konqresinin ara seçkiləri 3 noyabr 2026-cı ildə keçiriləcək. Onlar 435 üzvdən ibarət Nümayəndələr Palatasının hamısını və 33 üzvdən ibarət Senatın üçdə birini yenidən seçəcəklər. Tarixən ara seçkilərdə müxalif partiya qalib gəlir.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ