Onlayn ictimai-siyasi qəzet
“Rasim Balayevin müalicəsi yekunlaşır. Vəziyyəti normaldır”.
Bunu Musavat.com-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.
O bildirib ki, Xalq artisti Novruz bayramı ərəfəsində vətənə qayıdacaq:
“Övladları ilə əlaqə saxlayıram. Onlar müalicənin yaxşı getdiyini və yekunlaşmaq üzrə olduğunu deyirlər. Onun yaxın günlərdə vətənə geri dönməsi gözlənilir”.
Qeyd edək ki, Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev “Referans Medical Group”un hava ambulansı ilə Türkiyəyə aparılıb və hazırda müalicəsi orada davam etdirilir. O, bir müddət əvvəl səhhətində yaranmış problemə görə əməliyyat olunmuşdu.
Şahanə Rəhimli,
Musavat.com
25 Avqust 2026
01:06 Qonşu ölkədə məktəbli forması məcburiləşir – tam dəstin qiyməti bəlli oldu, imtina edənləri...
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ