İnsanlara hürriyət, millətlərə istiqlal!

Rektor köməkçisini işdən çıxardı, yenisini təyin etdi

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov köməkçisini dəyişib.

Musavat.com “Yeni Sabah”a istinadən xəbər verir ki, rektorun imzaladığı əmrlə Ramin Qafur oğlu Cavadov köməkçi vəzifəsindən çıxarılıb.

Digər əmrlə Ülvi Elşad oğlu Allahverdi MDU rektorunun köməkçisi təyin edilib.

Amma rektor keçmiş köməkçisini də işsiz qoymayıb. R.Cavadov ali məktəb Dəftərxanasının müdiri vəzifəsinə keçirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2025-ci il aprelin 9-da imzaladığı sərəncamla Anar Eminov MDU-nun rektoru təyin olunub.

Gallery image 1

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR