Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Özbəkistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov etimadnaməsinin surətini Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidova təqdim edib.
Musavat.com xəbər verir ki, bu barədə Özbəksitan XİN-in “X” hesabında bildirilib
Qeyd edilib ki, görüş zamanı siyasi dialoqun yüksək dinamikasının qorunub saxlanmasına, ticarət, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə, həmçinin nəqliyyat və logistika sahələrində birgə layihələrin irəlilədilməsinə xüsusi diqqət yetirilib.
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ