Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Türkmənistanda keçiriləcək MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə təmaslarının nəzərdə tutulduğunu bildirib.
Musavat.com xəbər verir ki, bununla belə, Paşinyanın rəsmi iş qrafikində liderlərlə təkbətək rəsmi ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılmayıb.
Xatırladaq ki, MDB dövlət başçılarının sammiti oktyabrın 9-da Türkmənistanda baş tutacaq.
Musavat.com
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ