İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsmi Vaşinqtondan Bakı və İrəvana tarixi mesaj - “Cəsarət və uzaqgörənlik göstərdiniz”

ABŞ dövlət katibi Marko Rubio Azərbaycan və Ermənistanın son bir ildə sülh istiqamətində əldə etdiyi irəliləyişi yüksək qiymətləndirib.

Musavat.com xəbər verir ki, Rubio ABŞ-nin Bakı və İrəvanla əməkdaşlığa tam sadiq qaldığını bildirib.

“ABŞ əldə edilmiş nəticələrin inkişaf etdirilməsi və irəliyə doğru hərəkət üçün Azərbaycan və Ermənistanla əməkdaşlığa tam sadiq qalmaqda davam edir.

Hər iki ölkəni son bir ildə nümayiş etdirdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edirik və Cənubi Qafqazda sabit və davamlı sülhün bərqərar olunması istiqamətində gələcək irəliləyişi səbirsizliklə gözləyirik”, – deyə Marko Rubio bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR