Onlayn ictimai-siyasi qəzet
Kriştiano Ronaldo Britaniya futbolunun pərdəarxasını əks etdirəcək "Day 1s" adlı dramatik serialda icraçı prodüser və aktyor kimi çıxış edəcək.
Portuqaliyalı ulduz serialda özünü canlandıracaq.
Əsas rolu isə "Milyardlar" və "Vətən" serialları ilə tanınan Demien Lyuis ifa edəcək.
Layihədə "Arsenal"ın sabiq futbolçusu Tyerri Anri, britaniyalı reper Deyv və aktrisa Karlotta Banat da yer alacaq.
Çəkilişlər Londondakı "Barnet" stadionunda başlayıb. Serial Ronaldonun rejissor Metyu Vonla birlikdə yaratdığı "UR•Marv" studiyası tərəfindən hazırlanır. Premyera tarixi hələ açıqlanmayıb./Yeni Sabah
29 Iyul 2026
28 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ