Onlayn ictimai-siyasi qəzet
Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) oğlu Tuğberk Yağız Gülter uzun aradan sonra səssizliyini pozub.
Tuğberk məhkəmədə Güllünün qızı Tuğyan Ülkem Gülterin qardaşı kimi yox, anasının oğlu kimi iştirak edəcəyini vurğulayıb:
"Məhkəməyə getdiyim zaman onun qardaşı kimi deyil, anamın oğlu kimi orada olacağam. Tuğyan orada tək qalacaq. Nəticə nə olursa-olsun, artıq aramızda hər hansı qardaşlıq münasibəti yoxdur. Tək istəyim həqiqətin üzə çıxmasıdır. Həqiqət nədirsə, ortaya çıxsın. Anama biri zərər vurub, yoxsa yox? Anama qarşı münasibəti və davranışları bizim bir çox mübahisəmizin səbəbi idi. Şübhələr aradan qalxsın ki, mən də sonda öz dərdimlə baş-başa qala bilim. Anamın yanına gedəndə bu dəfə rahatlaşa bilim. Canımın necə yandığını bir mən, bir Allah, bir də yanımdakı insanlar bilir".
Qeyd edək ki, Güllünün ölümündə onun qızı şübhəli bilinir. Hadisənin yeganə canlı şahidi olan Sultan Nur Ulu Güllünün qızı Tuğyan tərəfindən pəncərədən atıldığını etiraf edib. (Axşam.az)
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ