İnsanlara hürriyət, millətlərə istiqlal!

Röya Ayxan: “Əvvəl çəkildiyim filmdə pullarımı götürüb qaçdılar”

Xalq artisti Röya Ayxan Yaşıl Teatrda baş tutan konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxıb. Sənətçi gecə ərzində həm illərdir sevilən hitlərini, həm də yeni mahnılarını təqdim edib.

Minval.info xəbər verir ki, konsertdən əvvəl Röya Ayxan Röya Ayxan tamaşaçıları bir sıra yeniliklərin gözlədiyini bildirib. O, yeni mahnılarını ilk dəfə səsləndirəcəyini və səhnədə fərqli obrazlarda çıxış edəcəyini deyib.

Sənətçi haqqında yayılan film xəbərlərinə də münasibət bildirib. Röya Ayxan əvvəlki film çəkilişi zamanı yaşadığı xoşagəlməz hadisənin ona mənfi təsir etdiyini vurğulayıb:

“Filmə çəkilməkdən qorxuram. Çünki əvvəl çəkildiyim filmdə pullarımı götürüb qaçdılar”.

Konsert zamanı “Müsadenizlə”, “Baldı baldı”, “Öz adamımsan” və “Dost” mahnıları tamaşaçılara təqdim olunub. “Dost” mahnısı müğənni Kazımcanla virtual duet şəklində səsləndirilib.

Gecənin diqqətçəkən məqamlarından biri isə Röya Ayxanın Xalq artisti Aygün Kazımovanın repertuarından “Uzaqlıq” mahnısını yeni aranjemanda ifa etməsi olub. Sənətçinin bu ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsert proqramında Röya Ayxanın qardaşı, gənc müğənni və bəstəkar İsmayıl Zadə də səhnəyə çıxaraq çıxış edib.

Gecədə musiqi ilə yanaşı, səhnə görüntüləri də xüsusi diqqət çəkib. Röya Ayxanın saç və makiyajı da daxil olmaqla səhnə tərzinin müəllifi stilist Elnur Həsənov olub. Xalq artisti iki gün davam edən konsertin hər birində iki fərqli obrazda səhnəyə çıxıb.

Sənətçi üçün xüsusi hazırlanan səhnə libaslarının hazırlanmasına üç gün vaxt sərf olunub.

Konsert proqramının rejissoru Sərxan Aydınoğlu olub.

Könül,

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR