Onlayn ictimai-siyasi qəzet
Müğənni Roza Zərgərli və qızı Bənövşə eyni səhnəyə çıxıblar.
Musavat.com xəbər verir ki, ana-bala bu gün Şamaxıda keçirilən Üzüm və Şərab Festivalında səhnə alıblar.
Festival çərçivəsində baş tutan konsert proqramında Roza Zərgərli və Bənövşənin birgə çıxışı tamaşaçıların diqqətini çəkib. Onların səhnədəki çıxışı festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Şamaxıda keçirilən Üzüm və Şərab Festivalı çərçivəsində müxtəlif mədəni proqramlar, musiqi çıxışları və əyləncəli tədbirlər təşkil olunur. Festival yerli və xarici qonaqların iştirakı ilə davam edir.
Könül
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ