Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri və mümkün razılaşmalar ətrafında suallar artarkən, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan detalları açıqlamaqdan yayınıb.
Musavat.com erməni mediasına istinadənxəbər verir ki, Mirzoyan səfərin parlament seçkiləri ilə əlaqələndirilməsinə etiraz edib.
Ermənistan XİN rəhbəri jurnalistlərin ABŞ dövlət katibinin səfərinin seçki prosesinə təsiri barədə sualına istehzalı tonda cavab verib:“Bunun seçkilərlə nə əlaqəsi var?”
Mirzoyan səfərin gündəliyində hansı məsələlərin yer aldığı, hansı sənədlərin imzalanacağı barədə də konkret danışmayıb:
“İmzalanacaq, açıqlanacaq – görəcəksiniz. Vaxtında və lazım olduğu şəkildə məlumat veriləcək".
Jurnalistlər mümkün gündəmin “Tramp marşrutu” (TRIPP) layihəsi ilə bağlı olub-olmadığını dəqiqləşdirmək istəsələr də, Mirzoyan mövzunu açmayıb və “deyəcəyimi demişəm” cavabı ilə kifayətlənib. O, əlavə edib ki, burada heç bir sirr yoxdur və hər şey “münasib zamanda” açıqlanacaq.
Məlumata görə, Marko Rubio mayın 26-da Ermənistana səfər edəcək. Səfər çərçivəsində Mirzoyan-Rubio görüşü keçiriləcək, daha sonra tərəflərin mətbuat qarşısına çıxması və ikitərəfli sənədlərin imzalanması planlaşdırılır. Ardınca Ararat Mirzoyanın ayrıca mətbuat konfransı keçirəcəyi bildirilir.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ