İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus Pravoslav Kilsəsində qalmaqal

Çexiyada Rus Pravoslav Kilsəsinin yüksək rütbəli nümayəndələrindən biri ətrafında qalmaqallı hadisə baş verib.

Musavat.com xəbər verir ki, bir vaxtlar patriarx postuna mümkün namizədlərdən sayılan mitropolit İlarion Alfeyev polis tərəfindən saxlanılıb.

Mitropolitin teleqram kanalında yayılan məlumata görə, hadisə mayın 24-də Karlovı Varı şəhərində kilsədən çıxışdan sonra baş verib. Polis əməkdaşları İlarionun olduğu avtomobili saxlayıb və baxış zamanı baqajdan içərisində ağ rəngli maddə olan dörd kiçik konteyner aşkarlayıb.

Açıqlamada maddənin tərkibi və mənşəyinin yalnız ekspertizadan sonra müəyyənləşə biləcəyi bildirilir. İlarion isə qadağan olunmuş maddələrlə hər hansı əlaqəsini qəti şəkildə rədd edib:

“Mən heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmamışam. Din xadimi kimi belə ittiham tamamilə yalandır”.

Mitropolitin vəkili hadisənin müəmmalı məqamlarına diqqət çəkib. Müdafiə tərəfinin sözlərinə görə, avtomobili magistralda sanki əvvəlcədən gözləyən iki polis maşını müşayiət edib. Polis yalnız sürücünün deyil, dərhal İlarionun da sənədlərini tələb edib, halbuki yol hərəkəti qaydalarının pozulması ilə bağlı heç bir irad bildirilməyib. Vəkil əlavə edib ki, axtarış zamanı mitropolit yanacaqdoldurma məntəqəsindəki mağazaya aparılıb və avtomobilə baxışı izləməsinə imkan verilməyib.

Rus Pravoslav Kilsəsi daxilində uzun illər nüfuzlu fiqur sayılan İlarion 2009-cu ildən Moskva Patriarxlığının Xarici Kilsə Əlaqələri şöbəsinə rəhbərlik edib və bir müddət Patriarx Kirillin mümkün varislərindən biri hesab olunub. Lakin 2022-ci ildə vəzifəsindən uzaqlaşdırılıb, 2024-cü ilin sonunda isə ona qarşı səslənən seksual təcavüz iddialarından bir neçə ay sonra faktiki olaraq kilsə idarəçiliyindən kənarlaşdırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR