Onlayn ictimai-siyasi qəzet
Rusiya Silahlı Qüvvələri oktyabrın 8-də səhər saatlarında Donetsk vilayətinin Kramatorsk şəhərinə dəhşətli raket zərbəsi endirib.
Musavat.com xəbər verir ki, hücumun mərkəzində dinc sakinlərlə dolu olan iki marşrut avtobusu qalıb.
Donetsk Vilayət Prokurorluğunun yaydığı məlumata görə, zərbə nəticəsində 30 dinc sakin yerindəcə faciəli şəkildə həlak olub, daha 18 nəfər isə ağır xəsarətlərlə xəstəxanalara çatdırılıb.
İlkin ehtimallara görə, ruslar dinc insanları qətlə yetirmək üçün kütləvi qırğın gücünə malik "UMPB D-30 SN" aviabombasından istifadə ediblər.
Faciə yerində dərhal xilasetmə və təcili tibbi yardım briqadaları işə cəlb olunub.
@@TVmusavat/156813@@
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ