İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ABŞ-yə məğlub oldu – ŞOK MESAJ

Prezident Nikolas Maduronun və həyat yoldaşı Siliya Floresin ABŞ xüsusi təyinatlıları tərəfindən yataq otağında tutulması, Nyu-York küçələri ilə məhkəməyə aparılması təkcə Venesuelaya deyil, həmçinin Rusiyaya da vurulan zərbə hesab edilir. Maduro Putinin müttəfiqlərindən biri idi. Keçən il Kreml Yaxın Şərqdə əsas müttəfiqi olan Bəşər Əsədi itirdi, indi isə Maduronu. Beləliklə, Rusiyanın faktiki nüfuz imkanları daralmaqdadır, müttəfiqlərinin hakimiyyətini qoruya bilmir. Eyni zamanda baş verənlər Rusiyanın Venesuelaya verdiyi milyardlarla dollar kreditin batması, ən müasir silah və hərbi texnikanın faktiki olaraq batması və ABŞ-nin əlinə keçməsi deməkdir. Rusiya bunun da qarşısını almaq imkanlarını belə görünür ki, itirib.

elman.jpg (79 KB)

Deputat Elman Nəsirov Musavat.com-a açıqlamasında bildirib ki, Venesuela hadisəsi simvolik və strateji baxımdan da Rusiyaya zərbədir:

“Maduro uzun illər Rusiya üçün Latın Amerikasındakı əsas manevr nöqtəsi olub. Onun çöküşü Moskvanın Qərb qarşısında çıxış nöqtəsini zəiflədir. Rusiyanın Latın Amerikasındakı nüfuzunun gücünü Maduro kimi müttəfiqi qorumaqla göstərməsi gözlənilirdi. Lakin bu gözlənti doğrulmadı, Rusiya Venesuelada uduzdu. ABŞ isə Maduro əməliyyatı ilə əks-strateji çevikliyinin gücünü nümayiş etdirdi və Kremlin geopolitik təsir imkanlarını bir qədər də daraltmış oldu”.

Millət vəkili hesab edir ki, Maduro rejiminin süqutu Kremlin Venesuelaya investisiyalarının taleyini də şübhə altına alacaq. İnvestisiyalar itki-geri dönməyən xərclər sırasına düşə bilər.

Deputat deyib ki, Maduronun və həyat yoldaşının həbsindən sonra Rusiya dünya səhnəsində var gücü ilə müəyyən yerlərdə mövqeyini qorumağa çalışır, amma Latın Amerikasındakı sarsılmış mövqeyini bərpa etməsi asan deyil:

“Bu hadisə göstərdi ki, ABŞ böyük güc olaraq qısa müddətdə öz istədiyini reallaşdıra bilir. Bu, Rusiya üçün ciddi mesajdır”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR