Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın sanksiya təzyiqinin sərtləşdirilməsi Rusiyanın dizel yanacağı ixracının coğrafiyasını dəyişdirməyə başlayıb: Rusiyanın ən böyük idxalçılarından olan Türkiyə alışları kəskin şəkildə azaldıb, Afrika ölkələri (Mərakeş, Tunis, Seneqal və Liviya) isə əksinə, idxalı artırıb. 2025-ci ilin oktyabrında Afrika ölkələri ilk dəfə olaraq rus dizelinin idxalı üzrə Türkiyəni geridə qoyub.
Musavat.com xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Afrikaya tədarüklər aylıq ifadədə 21%, illik ifadədə isə 85% artaraq 938 min tona çatıb. Türkiyə limanlarına dizel göndərişləri isə ötən ay aylıq 19%, illik 40% azalaraq 762 min tona düşüb.
Çin və Hindistandan sonra Rusiyanın üçüncü ən böyük neft alıcısı olan Türkiyə ötən həftə həmçinin Rusiya nefti üzrə idxalı sıfıra endirib.
Məlumata görə, 3–9 noyabr həftəsində ilin əvvəlindən bəri ilk dəfə olaraq Türkiyəyə neft tədarükləri həyata keçirilməyib. 27 oktyabr–2 noyabr həftəsində Türkiyə bazarına gündəlik neft ixracı 26 min tona qədər enib.
Sentyabrda Rusiyanın Türkiyəyə neft tədarükləri bir qədər artaraq gün ərzində 62 min tondan 67 min tona yüksəlib.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ