İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya nüvə başlıqlarını NÜMAYİŞ ETDİRDİ - Belarusdan ŞOK GÖRÜNTÜLƏR

Rusiya Müdafiə Nazirliyi nüvə qüvvələrinin təlimləri çərçivəsində nüvə sursatlarının Belarusdakı raket briqadasının sahə saxlama məntəqələrinə çatdırıldığını nümayiş etdirib.

Musavat.com xəbər verir ki, bu barədə nazirliyin yaydığı rəsmi məlumatda bildirilir.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir: "Nüvə qüvvələri təlimlərinin bir hissəsi olaraq, nüvə sursatları Belarus Respublikasındakı raket briqadasının mövqe zonasındakı səhra saxlama məntəqələrinə çatdırılıb".

"Belarus Respublikasının raket birləşməsinin şəxsi heyəti "İsgəndər-M" əməliyyat-taktiki raket kompleksi üçün xüsusi sursatların qəbulu, daşıyıcı raketlərin onlarla təchiz edilməsi və buraxılışlara hazırlıq məqsədilə təyin olunmuş rayona gizli şəkildə irəliləmə üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetirir", - deyə qurumdan bildirilib.

Rusiya Müdafiə Nazirliyi cümə axşamı günü nüvə qüvvələrinin Belarus ərazisində keçirilən təlim mərhələsindən kadrlar yayımlayıb.

Xəbər verildiyi kimi, Rusiya mayın 19-dan 21-nə qədər "təcavüz təhdidi şəraitində nüvə qüvvələrinin hazırlanması və tətbiqi" üzrə təlimlər keçirir.

@@TVmusavat/147141@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR