Onlayn ictimai-siyasi qəzet
Dnepr üzrə Hərbi Administrasiya şəhərin raket hücumuna məruz qaldığını açıqlayıb.
Musavat.com xəbər verir ki, ilkin məlumata görə, hücum nəticəsində 3 nəfər həlak olub, 8 nəfər yaralanıb.
Zərbə nəticəsində avtoservis (STO) binası və bir neçə müəssisə ciddi şəkildə zədələnib. Hadisə yerində xilasedicilər və təcili xidmətlər çalışır, dağıntılar arasında qalan insanların ola biləcəyi bildirilir.
Məlumat dəqiqləşdirilir.
Musavat.com
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ